RƏSMİ XRONİKA


Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədrləri və İdarə Heyətinin üzvləri adından

 Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

İnanırıq ki, bu qələbə dünyaya dahi Nizami Gəncəvi kimi filosof bəxş etmək fəxarətinə sahib və bizim üçün olduqca dəyərli bir ölkə olan Azərbaycanda demokratiya, dünyəvilik və vətəndaş azadlıqları institutlarını daha da gücləndirəcəkdir.

Zati-alinizə ən dərin ehtiramımızla bərabər, Sizə möhkəm cansağlığı və Azərbaycanın daha da çiçəklənməsi və inkişafında böyük uğurlar arzulayırıq.

Əminik ki, Sizin davamlı dəstəyinizlə Azərbaycanın mədəni irsini dünyaya uğurla tanıtdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzi elm, maarif və beynəlxalq dialoqu təbliğ edən əsas regional mərkəzlərdən birinə çevriləcəkdir.

Hörmətli Prezident, Sizə ən dərin ehtiramımızı, möhkəm cansağlığı arzumuzu və Azərbaycanın daha da çiçəklənməsi və davamlı inkişafına yönəlmiş səylərinizdə uğurlar diləyimizi qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının sabiq prezidenti

İsmail Seragəldin

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri,

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru

Tarja Halonen

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin

üzvü, 2000-2012-ci illərdə Finlandiyanın sabiq prezidenti

Petar Stoyanov

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin üzvü,

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının sabiq prezidenti

Giuli Alasaniya

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin

üzvü, Gürcüstan Dövlət Universitetinin professoru

Valter Füst

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin

üzvü, Global Ethics.net portalının prezidenti

Marianna Vardinoyannis

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin

üzvü, UNESCO-nun xoşməramlı səfiri

Valdis Zatlers

2007-2011-ci illərdə Latviya Respublikasının sabiq prezidenti

Nafis Sadik

BMT baş katibinin xüsusi müşaviri

Susan Qrinfild

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin

üzvü, Böyük Britaniyanın Lordlar Palatasının üzvü

Əhməd Nasim Şah

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin

üzvü, Kəşmir Universitetinin İslam Tədqiqatları İnstitutunun direktoru

Fəridə Allaghi

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin

üzvü, Liviya Sivil Forumunun prezidenti

Timur Alasania

Gürcüstan Prezidentinin baş məsləhətçisi

Emil Konstantinesku

1996-2000-ci illərdə Rumıniyanın sabiq prezidenti

Federiko Mayor

UNESCO-nun sabiq baş direktoru

İvo Slaus

Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti

Qarri Yakobs

Dünya Elm və Mədəniyyət Akademiyasının baş icraçı direktoru

Jan Baderşneyder

2000-2013-cü illərdə Exxon Mobile şirkətinin sabiq prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin