CƏMİYYƏT


Nizami Gəncəvi irsinin təbliği ilə əlaqədar Ankarada fikir mübadiləsi aparılıb

Bakı, 4 avqust, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi VIII Qlobal Bakı Forumu və Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində Türkiyədə bir sıra görüşlər keçirməkdədir.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və Baş Katibliyin əməkdaşı Asim Şahsuvarlı Ankarada Türkiyənın sabiq Baş naziri və Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımla görüşüblər.

Görüş zamanı Binəli Yıldırıma Mərkəzin üzvlüyünə xüsusi dəvət məktubu və Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xüsusi döş nişanı təqdim edilib.

Bundan əlavə, Ankara Dövlət Universitetinin rektoru Necdet Ünüvar və Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaşla keçirilən görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə əməkdaşlığın perspektivləri, Nizami Gəncəvi irsinin təbliği istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.