Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Nizami Gəncəvi mədəni irsi: XXI əsr” simpoziumuna yekun vurulub

Bakı, 17 dekabr, AZƏRTAC

Heydər Əliyev Fondunun, Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki Mədəniyyət Mərkəzi–Eko Parkda “Nizami Gəncəvi İrsi XXI əsr” simpoziumunun son hissəsi, Nizami yaradıcılığına həsr olunan sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Zirə Mədəniyyət Mərkəzi – Eko Parkın qalereya hissəsində Nizami Gəncəvinin “Xəmsə”si motivləri əsasında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi tədbiri açıq elan edərək qonaqları salamlayıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın böyük mütəfəkkirlərinin irsinə diqqət həm də mədəni irsimizin yaşadılmasına xidmət edir. Ölkəmizdə "Nəsimi ili"nin, daha sonra “Nizami Gəncəvi İli"nin elan edilməsi bu dahilərin yaradıcılığının və Azərbaycan mədəniyyətinin nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə təbliğinə böyük töhfə oldu.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, milli-mənəvi dəyərlərimizin qədim kökü var. Onlardan biri də Nizami Gəncəvidir: “Nizaminin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Ona görə ki, əsərlərində ən yüksək dəyərlərə inam var. Vətənə məhəbbət, ailə institutu, xeyir əməllər – bütün bunların hamısı Nizami yaradıcılığında öz əksini tapıb. Bugünkü tədbir Nizaminin zəngin irsini gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətlidir. 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdiyinə görə Prezidentə minnətdarıq. Əlamətdar il çərçivəsində müxtəlif ölkələrdə keçirilən müxtəlif tədbirlərlə bir daha Azərbaycan mədəniyyətini və mədəni dəyərlərimizi dünyaya təbliğ etmiş olduq”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Nizami Gəncəvini Azərbaycan fəlsəfi fikrinin böyük elçisi kimi səciyyələndirib: “Biz Nizami ideyalarını uşaq və gənclərimizə ötürməliyik. Nizami böyük dəyərdir və onun ideyaları hər zaman aktualdır. Bu gün dünyada onun əsərlərindəki qadın azadlığı, xeyirxahlıq kimi dəyərlərə ehtiyac var”.

Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri, şair Arif Buzovnalı Nizaminin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb. Qeyd edib ki, əbədiyaşar ideyalar müəllifi olan Nizaminin hər bir əsəri yenidən araşdırılmalıdır.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev növbəti Nizami bayramına toplaşanları salamladı. Bildirib ki, dünya neçə əsrdir Nizamini oxuyur, dərk edir, öyrənir.

Nizami Gəncəvinin əcnəbi tədqiqatçıları şairin irsi ilə tanış olduqca Azərbaycan mütəfəkkirinin dahiliyini, insan ruhuna necə böyük təsir etdiyini vurğulayırlar. Nizami ideyaları ona görə dünya tərəfindən qəbul olunur ki, o, ideal cəmiyyət, humanizm, sülh, bərabərlik kimi bəşəriyyəti bu gün də məşğul edən aktual məsələlərdən yazırdı: “Əcnəbi elm adamları Nizamini araşdırdıqca Azərbaycan mədəniyyətinə də baxışları dəyişir. Çünki Nizami Azərbaycan mədəniyyətinin ən layiqli təmsilçisidir. Azərbaycandakı dünyaya örnək multikultural, tolerant mühitin bir qaynağı da Nizami kimi mütəfəkkirlərimizin ideallarından gəlir. Nizami nə qədər bəşəri olsa da, öz kökü ilə fəxr edirdi”.

Milli Məclisin deputatı Soltan Məmmədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti və ədəbiyyatının qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb.

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Nizami Gəncəvini Azərbaycanın rəmzi adlandırıb. Qeyd edib ki, Nizami ideoloji qüvvədir. Nizami Azərbaycanı güclü göstərən amildir: “2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi, ölkəmizin siyasi hədəfidir. 8 əsr boyunca Nizamiyə yüzlərlə cavab yazılıb, o, həm Şərqə, həm də Qərbə işıq ötürən mayak olub. Onun irsinin təbliği davamlı olmalı, bu ənənə davam etdirilməlidir. Bu gün biz Nizamini müasirimiz kimi anırıq.

Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyt səslənər burda, burdadır.

Bu fikir bu gün də öz gücünü saxlayır. Əgər Nizaminin sözü dünyanın dörd bir yanında bu gün yaşayırsa, demək o, daim yaşayır”.

Çıxışlardan sonra qonaqlar mərkəzin Xalça muzeyi ilə tanış oldular. Burada Nizaminin qəzəlləri üstdə xanəndə, Əməkdar artist Babək Niftəliyevin ifasında səslənən muğamlar tədbirə rəng qatıb.

Daha sonra simpozium çərçivəsində elan olunan üç istiqamət üzrə əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Rəngkarlıq üzrə birinci yerə Əminə Rəcəbəliyeva, ikinci yerə Reyhan Aslanova, üçüncü yerə Fəxri Abbasov layiq görülüblər. Onlara diplom və hədiyyələr təqdim olunub.

Dekorativ-tətbiqi sənət üzrə İsgəndər Məmmədov I, Səbinə İsmayılova II, Aytac Atakişiyeva isə III elan olunub. Heykəltaraşlıq üzrə qrup işinə görə mükafat isə 6 iştirakçı arasında bölünüb.

Mükafatlandırmadan sonra konsert proqramı təqdim olunub. Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqment, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifasında Fikrət Əmirovun “Nizami” baletindən fraqment, teatrının solisti, Əməkdar artist Fərid Əliyevin ifasında “Sənsiz” romansı səsləndirilib. Azərbaycan Dövlət Rəqs Ansamblı isə “Cəngavərlərin döyüş rəqsi”ni təqdim edib.

Bədii hissə Xalq artisti Alim Qasımovun, Əməkdar artist Fərqanə Qasımovanın ifaları və qiraətçi Nadir Hüseynovun çıxışı ilə sona çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir