Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nizami Gəncəvi poeziyası miniatürlərdə

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan miniatürünün orta əsrlərə təsadüf edən duyulası inkişafında poeziyanın güclü rolu olmuşdur. Belə ki, onlar bir qayda olaraq həmin dövrlərdə bir neçə sənətkar tərəfindən ərsəyə gətirilən əlyazmalarını bəzəmişlər. Onların nəfis xətlə yazılmış poetik misralarla qovşağının həmin əlyazmalarına gətirdiyi bənzərsizlik danılmazdır. Bunu Şərq poeziyasının korifeylərinin əsərlərinə rəssamlar tərəfindən çəkilmiş saysız-hesabsız miniatürlər də təsdiqləyir. Doğrudan da XIII-XIX əsrlərdə xəttatlar tərəfindən üzü köçürülmüş əlyazmalarının bizim dövrümüzə gəlib çatmış nümunələri göstərir ki, rəssamların yaratdıqları bu ecazkar miniatürlər həmin əsərlərin bədii-estetik dəyərini duyulası dərəcədə artırmışdır. Odur ki, zamanında hökmdarların sifarişi ilə bir-neçə ilə hazırlanan belə kitab mədəniyyəti nümunələrinə malik olan muzey və şəxsi kolleksiyalar bu gün haqlı olaraq bu sahiblikdən qürur hissi keçirməkdədirlər. Onların arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlər xüsusi yer tutur.

AZƏRTAC Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin “Nizami Gəncəvi İli” əlaqədar hazırladığı yazını təqdim edir.

Tədqiqatlar göstərir ki, onun “Xəmsə”nin müxtəlif əsrlərə aid edilən və səhifələri miniatürlərlə bəzədilmiş nüsxələrinə dünyanın ən müxtəlif ölkələrində rast gəlmək mümkündür. Həmin əlyazmalarındakı miniatürlər say etibarilə yalnız Firdovsinin “Şahnamə”sindən bir qədər azdır. Keçmiş SSRİ-nin və xarici ölkələrin muzey və şəxsi kolleksiyalarında 338 mövzu üzrə XIV-XIX əsrlərdə çəkilmiş 3500-ə qədər belə miniatür qorunur. Bu gün çoxsaylı rəssam duyumunu əks etdirən və məkansızlığa qovuşduqları birmənalı olan belə miniatürlərin onların yaradıcılarının adlarını zamansızlığa yazdıqları da danılmazdır.

“Xəmsə”yə daxil olan bütün poetik incilər rəssamların yaradıcılıqlarında yer alsa da, hesablamalar Yaxın Şərqdə didaktik-fəlsəfi şeirin ən yaxşı nümunəsi sayılan “Sirlər xəzinə”sinə nisbətən az müraciət olunduğunu təsdiqləyir. Bəzi tədqiqatçılar bunu poemanın həcmi ilə əlaqələndirirlər. Ancaq əsərdəki hər bir mənzum hekayənin nəsihət xarakteri daşıması rəssamlara şairin düşüncələrinin obrazlı tutumda ifadə etməyə imkan vermişdir. Bütünlükdə, əsərdəki 23 süjetə rəsmlər çəkilmişdir. Bununla belə, həmin hekayətlərin bəziləri rəssamların diqqətini daha çox cəlb etmişdir. Hökmdar və onu ədalətə səsləyən rəiyyətin qarşılaşdığı səhnə orta əsr miniatürçülərinin daha çox diqqətini cəlb etmişdir. Bağdad, Herat, İsfahan və Şiraz miniatür məktəbləri nümayəndələrinin çəkdikləri əsərlərdə xalqın haqq səsinin ifadəsi daha qabarıq göstərilmişdir. Sözsüz ki, onların arasında 1539-1543-cü illərdə üzü köçürülmüş “Xəmsə”yə (Londan, Britaniya muzeyi) çəkilmiş miniatür üslublu illüstrasiyalar özünün yüksək bədii məziyyətinə görə fərqlənir.

Yüksək bədii dəyərinə görə Azərbaycanla yanaşı, həm də Yaxın və Orta Şərq kitab mədəniyyətinin unikal nümunələrindən hesab olunan və məşhur xəttat Şah Mahmud Nişapurinin incə “nəstəliq” xətlə yazılmış əlyazmasını altı müəllifin çəkdiyi çoxsaylı miniatür bəzəyir. Onlardan dördünü Sultan Məhəmməd, qalanlarını isə onun yetişdirmələri olan Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Əli, eləcə də həmin dövrün tanınmış fırça ustaları sayılan Ağa Mirək və Mir Müsəvvir işləmişdir. 792 səhifədən ibarət olan əlyazmasını bəzəyən 17 miniatürdən 14-ü “Xəmsə”nin üzünün köçürülməsi ilə eyni vaxtda hazırlanmış, 3-ü isə əsryarım sonra XVII əsrdə Məhəmməd Zaman tərəfindən işlənmişdir.

Yaradıcılığı Azərbaycan təsviri sənətinin zirvəsi hesab olunan Sultan Məhəmmədin bu əlyazmasında yer almış dörd miniatürü ilk növbədə orijinal kompozisiya və obrazlı-dekorativ həlli ilə diqqət çəkir. Onlardan biri “Sirlər xəzinəsi”nə çəkilmiş “Sultan Səncər və qarı” miniatürüdür. Hökmdarla ondan narazı olan kasıb təbəqənin nümayəndəsini qarşılaşdıran şairin vurğuladığı problemə əyanilik gətirən rəssam, nisbətən işıqlı fonda təqdim olunmuş bu qarşılaşmanın cəlbediciliyinə və təsirli bədii tutum almasına nail olmuşdur.

Sultan Məhəmmədin “Xosrov və Şirin” poemasına çəkdiyi miniatürdə isə Xosrovun çimən Şirini seyr etməsi təsvir olunub. Etiraf edək ki, Sultan Məhəmmədin “Xəmsə”yə çəkdiyi bu motiv özünün bədii-estetik dəyərinə görə başqalarından çox fərqlənir. Şərq incəsənətində çox geniş yayılan və rəssamların da dəfələrlə müraciət etdikləri bu motivə onun bədii münasibəti dolğunluğu və özünəməxsusluğu ilə göz oxşayır.

Miniatürdə atlı Xosrovun yad baxışı altında özünün çılpaqlığını gizlətməyə çalışan Şirinin həyəcanı qabarıq göstərilib. Bununla belə, insan təsvirlərini təbiətlə əlaqəli şəkildə təqdim edən müəllif, son nəticədə motivin duyulası dərəcədə lirik tutum almasını şərtləndirmişdir. Kompozisiyanın şaşırdıcı görkəm almasında miniatür üslubunu səciyyələndirən rəng şuxluğunun qabarıqlığı və forma-biçim həllinin dekorativləyə bələnməsinin duyulası təsiri olmuşdur.

Sultan Məhəmmədin bu əlyazmada yer almış digər iki əsər isə “Yeddi gözəl” poemasına çəkilmiş “Bəhram Gur ovda” və “Peyğəmbərin meracı” illüstrasiyalarıdır. Əvvəlki iki miniatürdən fərqli olaraq bu qrafika nümunələrində kompozisiyaların duyulası dinamikliyinə nail olan böyük sənətkar, miniatür üslublu Şərq rəngkarlığının çox geniş bədii ifadə potensialına malik olduğunu təsdiqləmişdir.

Mirzə Əli bu əlyazmasına iki miniatür üslublu illüstrasiya çəkmişdir. Rəssamın çəkdikləri üslub baxımından onun ustadının əsərlərindən fərqli olmaqla özündə Şapurun Xosrovun portretini Şirinə göstərməsi və Xosrovun musiqiçi Bərbədin musiqisini dinləməsi səhnələrini əks etdirir.

Mir Müsəvvirin “Sirlər xəzinəsi”nə çəkdiyi “Ənuşirəvan və bayquşların söhbəti” miniatüründə şairin söylədiyi ibratamiz tutumlu əhvalata orijinal biçimli kompozisiyada cəlbedici əyanilik gətirmişdir. Kompozisiyanı təşkil edən şah və vəzirin, eləcə də heyvanların və bayquşların təsvirləri mənzərə ilə sıx əlaqədə verildiyindən miniatür çox cəlbedici baxılır.

Ağa Mirəkin “Xosrov və Şirin” ünvanlı çoxfiqurlu illüstrasiyası “Şapurun Arandan qayıtması” adlanır. Süjeti XVI əsrdə yaşayıb-yaratmış bir çox Təbriz sənətkarları kimi şadyanalıq motivi daxilində əyaniləşdirən rəssam, həyatiliyi ilə göz oxşayan səhnə yarada bilmişdir. Onun digər – “Xosrov və Şirin qulluqçuların əhvalatlarını dinləyir” miniatürü də əvvəlki kimi nəqli mahiyyətli olmaqla, təsvirə gətirilən məkan və baş verənlər barəsində əhatəli bilgi vermək gücündədir.

Rəssamın üçüncü miniatürü isə Xosrova tac qoyulmasına həsr olunub. Digər iki əsər kimi kompozisiyasının mürəkkəbliyinə görə diqqət çəkən bu illüstrasiyada etnoqrafik əlamətlərin qabardılması ilə onun cəlbediciliyinə nail olunmuşdur. Rəssamın bu əlyazmasında yer alan dördüncü illüstrasiyası “Məcnun səhrada vəhşi heyvanlar arasında” (“Leyli və Məcnun” poeması) adlanır. Miniatürləri səciyyələndirən ifadə emosionallığının qabarıq duyulduğu əsərdə dahi aşiqin yaşantılarına çoxqatlı “bədii güzgü” tutulduğundan, Məcnunun fauna aləmi ilə ünsiyyəti duyğulandırıcı qəbul olunur.

Tədqiqatçılar əlyazmasındakı imzasız “İki aqilin yarışması” (“Sirlər xəzinəsi” poeması) miniatürünün də Ağa Mirək fırçasına məxsus olması qənaətindədirlər. Müəllif iki həkim rəqibin - Esxillə Evripidin yarışmasından qaynaqlanan dramatizmi qabarıq göstərmək əvəzinə, daha çox saray mühitinin ümumi görüntüsünü ön plana çəkməyə qərar vermişdir.

Müzəffər Əlinin əlyazmasındakı yeganə əsəri “Yeddi gözəl” poeması ilə bağlıdır. Onun çəkdiyi illüstrasiyada Bəhram Guru yabanı uzunqulaqları ovlayan vəziyyətdə görürük. Burada onun Fitnənin arzusu ilə oxla vəhşi heyvanın ayağını qulağına “tikdiyi” məqam bədii görkəm alıb.

Rəssamların “Leyli və Məcnun” poemasına çəkdikləri çoxsaylı rəsmlər əfsanəyə dönmüş məhəbbətlə Nizami poeziyası arasında obrazlı bir körpüyə bənzəyir. Əsərlərdə bəzən rəssamların mövzunun konkret poetik çərçivəsindən kənara çıxmaq, ona öz hiss və duyğularını əlavə etməklə daha da zənginləşdirmək meyili duyulmaqdadır. Bu mənada Təbrizli Mir Seyid Əlinin Britaniya əlyazmasında yer alan və “Məcnun Leylinin çadırı qarşısında” adlanan yeganə əsərinin adını çəkmək istərdik. Belə ki, bu miniatür psixoloji yaşantıların obrazlı ifadəsi ilə diqqət çəkir.

Tədqiqatçılar onu böyük məhəbbət dastanına həsr olunmuş ən uğurlu işlərdən hesab edirlər. Burada bir qarının zəncirlənmiş Məcnunu Leylinin çadırının yanına gətirməsi təsvir olunub. Çadırlardan heyrətlə onlara tamaşa edən qızların, Məcnunu daşa basan uşaqların, ona hürüşən itlərin, payız libası geymiş ağacların təsviri miniatürün təlqin etdiyi kədər notlarını daha da gücləndirmişdir. Sevgilisini görmək istəyi ilə dilənçi qiyafəsinə bələnən Məcnunun həsrət dolu vücuduna hopmuş ağrıları miniatürdə təsirli tutumda ifadə olunub.

Məhəmməd Zaman isə əlyazmasına sonralar daxil edilmiş üç – “Çiyni öküzlü Fitnənin pillələri qalxması”, “Bəhram Gurun əjdahanı öldürməsi” və “Bəhram Gur aylı gecədə bağda şahzadə ilə şam edir” miniatürlərini işləmişdir. Üslub baxımından digər miniatürlərdən fərqlənən bu əsərlərin estetikasında realizm ənənələrinə bağlılıq duyulmaqdadır.

Nizami Gəncəvi ünvanlı digər əlyazmalarda da “Xəmsə”nin daşıdığı dərin məna-məzmunu əyaniləşdirən çoxlu miniatürlərə rast gəlinir. Buxaralı Mahmud Müzəhhibin “Sirlər xəzinəsi” poeması ilə bağlı çəkdiyi əsərdə isə şərtiliyə daha çox üstünlük verilmişdir. Təbrizli Mir Müsəvvirin “Ənuşirəvan və bayquşların söhbəti”ndə zülmkar padşahın islahı, Mirzə Əlinin “İki aqilin yarışı” əsərində psixoloji emosiyaların təzadı ön plana çəkilmişdir.

Qeyd etmək lazımdır ki, “Sirlər xəzinəsi”ndən fərqli olaraq bizim dövrə “Xosrov və Şirin” poemasında tərənnüm olunan yüksək hisslərin obrazlı ifadəsi kimi qəbul olunan xeyli sənət nümunəsi gəlib çatıb. Belə ki, əsərin zəngin süjet xətti rəssamlara bir-birindən maraqlı lövhələr yaratmağa imkan vermişdir. Təkcə onu demək lazımdır ki, əsərdəki 75 ayrı-ayrı motiv poema qəhrəmanlarının məhəbbət tarixçəsini açıqlayır, Fərhadın sədaqətindən söz açır.

“Xosrovun çimən Şirini görməsi” epizodu poemanın ən çox fırçaya alınan məqamıdır. Ümumiyyətlə, bu səhnə “Xəmsə”nin 120 əlyazmasını bəzəyir. Onların ən qədimi 1420-ci ildə Şiraz sənətkarları tərəfindən işlənib, sonrakı illərdə digər miniatürlər yaradılıb. Onlardan biri İstanbulun Topqapı sarayında qorunan 19 miniatürlü “Xəmsə”ni (1481) bəzəyir. Bu motivin Bakıdakı Nizami muzeyində saxlanan nümunəsi də bədii məziyyətlərinə görə diqqət çəkir. “Şirin çimərkən Xosrovun ona tamaşa etməsi” illüstrasiyası ilk növbədə rəng həllinin orijinallığına və icra sənətkarlığının bənzərsizliyinə görə yadda qalır. Vaşinqtondakı Frir qalereyasındakı miniatür də yüksək icra sənətkarlığı ilə göz oxşayır.

“Xəmsə”nin dünyanın müxtəlif kitabxana və şəxsi kolleksiyalarında saxlanan 1405-1410, 1431, 1479, 1481, 1624, 1648, 1461 və 1481-ci illər nüsxələrində də motivin bir-birindən fərqli bədii şərhlərini görmək mümkündür.

Poemanın orta əsr miniatürçülərini ən çox cəlb etmiş epizodları bilavasitə Xosrovla bağlıdır. Sultan Məhəmmədin oğlu Mirzə Əlinin “Şapurun Xosrovun şəklini Şirinə göstərməsi”, “Xosrovun musiqiyə qulaq asması” Herat məktəbinin nümayəndəsi Mirək Nəqqaşın “Şirin Xosrovun şəklini alır”, təbrizli Ağa Mirəkin “Şapurun Xosrovun yanına qayıtması”, “Xosrovun taxta çıxması”, “Xosrov və Şirin xidmətçilərin nağılına qulaq asırlar” miniatürlərində saray həyatının dəbdəbəli təsviri əlvan boyalarla orijinal biçimli kompozisiyalarda əbədiləşib.

Orta əsr söz xiridarlarının əksəriyyətinin qələmə aldığı “Leyli və Məcnun” poemasının Nizami Gəncəvi yozumu da dəfələrlə rəssamlar üçün ilham qaynağına çevrilmişdir. Nakam məhəbbət dastanının ayrı-ayrı səhnələrinə yaddaqalan bədii görkəm verilmişdir. Başqa sözlə desək, eşq dərdini böyük səadət sayan, onu hər şeydən yüksək tutmağı bacaran Məcnunun ağrıları “Məcnun Kəbədə”, ayrılığın alovu, aşiqin ürək iztirabları “Məcnun səhrada” miniatürlərində böyük sənətkarlıqla göstərilmişdir. Bu motivlər müxtəlif miniatür məktəblərində, o cümlədən də şirazlı rəssamların yuxarıda adları çəkilən əsərlərində daha maraqlı bədii həllini tapıb.

“Yeddi gözəl” poemasına həsr olunmuş “Bəhram Gur Fitnə ilə ovda” əsərində (müəllifi Müzəffər Əli) hökmdarın Gurun dırnağını qulağına tikdiyi an əks olunub. Qeyd etmək lazımdır ki, bu süjet təsviri və dekorativ-tətbiqi sənətin müxtəlif növlərində də geniş yayılıb. Öküzü çiyninə almış Fitnənin pillələrlə qalxması səhnəsi də rəssamların diqqətini çox cəlb edən motivlərdəndir. Demək olar ki, əlyazmalarının əksəriyyətində ona rast gəlinir.

“Bəhram Gurun əjdahanı öldürməsi” anı Behzad, Qasım Əli, Talıb, Məhəmməd Zaman və digər sənətkarlar tərəfindən həm klassik miniatür estetikasına müvafiq, həm də Avropa rəssamlığına yaxın – “Qacar üslubu”nda bədii görkəm alıb.

İstanbulun “Topqapı sarayı” muzeyində saxlanılan “Xəmsə”ni (XIV-XVI əsrlər), Sankt-Peterburqda Saltıkov-Şedrin adına kütləvi kitabxanadakı əlyazmasını (XVI əsr) Bəhramın gözəllərlə kef məclisini əks etdirən zəngin kompozisiyalı miniatürlər bəzəyir.

“İsgəndərnamə” poeması mürəkkəb süjetinə görə təsvir üçün də geniş imkanlar açmışdır. İsgəndərin çobanla söhbəti, ölüm ayağında olan Dara ilə görüşü, Nüşabə ilə qarşılaşması səhnələri özünün məna-məzmun yükünə görə müxtəlif duyğular aşılayır. Bakıda, İstanbulda, Parisdə, Berlində, Düşənbədə saxlanan əlyazmalarında həmin anlar maraqlı təsvir vasitələri ilə təcəssüm tapıb.

Yuxarıda adları çəkilən miniatürlərin, demək olar ki, əksəriyyəti Azərbaycandan uzaqlarda – dünyanın nüfuzlu muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Lakin Bakı muzeylərində, o cümlədən də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Milli Azərbaycan Tarix Muzeyində və M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunan çoxsaylı əlyazmalarında da özünəməxsus estetikaya malik əsərlər mövcuddur. Onların arasında müstəqil şəkildə ərsəyə gətirilmiş miniatürlər də çoxluq təşkil edir. Onların əksəriyyəti bu vaxta qədər tədqiqata cəlb edilmədiyindən, geniş ictimaiyyətin onlardan xəbəri olmayıb.

Təkcə vaxtilə M.F.Axundzadənin kolleksiyasında olan və hazırda Əlyazmalar İnstitutunda qorunan “Xəmsə”ni 18 miniatür bəzəyir. 1627-ci ildə üzü köçürülmüş bu əlyazmasındakı illüstrasiyaların bədii həllində naməlum müəllifin Təbriz miniatür məktəbi estetikasına tapındığı qabarıq duyulur.

Nizami muzeyindəki miniatürlərin əksəriyyəti müəyyən əlyazmasını bəzəməyib, müstəqil formalı qrafika nümunələridir. Zamanında ayrı-ayrı şəxslərdən satın alınaraq muzeyin fondlarına daxil edilmiş bir neçə miniatür “İsgəndərnamə” poemasına çəkilmişdir. Onların daxilolma tarixinin 1939-1940-cı illərə təsadüf etməsi göstərir ki, əsərlər şairin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla əlaqədar – Bakıda yeni yaradılan Nizami muzeyinin ekspozisiyası üçün alınmışdır. “İsgəndərin müşavirəsi”, “Makedoniyalı İsgəndərin Nüşabənin sarayına gəlməsi”, “Bəhram Gurun əjdaha ilə vuruşması”, “Bəhrəm Gurun şirlə vuruş səhnəsi” və “İsgəndərlə zahidin söhbəti” adlanan bu miniatürlərdə klassik üslubun estetikasından istifadə olunması, onların XVII-XVIII əsrlərdə çəkildiyini ehtimal etməyə əsas verir.

Bundan əlavə, muzeydə Nizami Gəncəvi ünvanlı digər miniatürlər də saxlanılır. Onların da əksəriyyəti “İsgəndərnamə” ilə bağlıdır. Bu miniatürlər başqalarından ilk növbədə motiv müxtəlifliyi ilə fərqlənirlər. Bu mənada rəssamların seçimlərini “Xıdır peyğəmbər dirilik suyunun yanında”, “Makedoniyalı İsgəndərlə Ərəstunun görüşü”, “İsgəndər və Ərəstun məktəbdə”, “İsgəndər Hindistanda”, “Makedoniyalı İsgəndər Bərdə hökmdarı Nüşabənin sarayında”, “İran şahı Daranın öldürülməsi” və “Makedoniyalı İsgəndərin anadan olması” adları ilə ifadə etmələrini qeyd etmək olar.

Nizami Gəncəvi “Xəmsə”sindən ilhamlanmanın nəticələri olan çoxsaylı miniatürlərin təhlili göstərir ki, bu əsərlərdə onsuz da çoxqatlı olan poetik misralara rəssam münasibətində də dahi söz xiridarının aşıladığı bəşəri ideyalara yaddaqalan, çox vaxt da şaşırdıcı bədiilik- əyanilik gətirilmişdir. Önəmlisi isə “Xəmsə”nin özü kimi bu miniatürlərin də zamansızlığa qovuşmalarıdır. Bu mənada həmin əsərlərin də milli mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliğçisi olacağı birmənalıdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu