ELM VƏ TƏHSİL


“Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri” kitabı nəşr olunub

Bakı, 10 oktyabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə “Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri” kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi məsləhətçisi AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, tərtibçisi və “Ön söz”ün müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovadır. Nəşrə dosentlər - Zəhra Allahverdiyeva və Məsiağa Məhəmmədi rəy veriblər.

Kitabda dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında xatırlanan “Kəlilə və Dimnə” hekayələri məsnəvidəki beytlərə uyğun ardıcıllıqla toplanıb, onlardan hasil olan nəticələr təhlil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.