MƏDƏNİYYƏT


“Nizami Gəncəvi və Şərq ədəbiyyatı: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans təşkil ediləcək

Bakı, 12 mart, AZƏRTAC

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Sərəncama uyğun olaraq akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransda iştirak üçün məruzələrin tezislərinin qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.

Tezislər [email protected] elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.