MƏDƏNİYYƏT
Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Bakı, 14 may, AZƏRTAC
Mayın 20-21-də Türkiyə "Eyuder" təhsil dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi Nizami Gəncəvi və Yunis Əmrənin yaradıcılığının bədii-estetik və ideya-sənətkarlıq xüsusiyyətlərinin ümumtürk və Şərq-müsəlman poeziyası kontekstində müəyyənləşdirməkdən ibarətdir. Konfransın materialları kitab şəklində çap olunacaq.
Xatırladaq ki, konfransda Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim-tələbə heyəti, o cümlədən orta məktəb şagirdləri iştirak edə bilərlər. Konfrans “Zoom” platformasında keçiriləcək. İştirakçıların e-mail ünvanına link göndəriləcək.