ELM VƏ TƏHSİL


Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığına həsr edilmiş beynəlxalq konfransın materialları kitab şəklində çap olunacaq

Bakı, 5 may, AZƏRTAC

Mayın 20-21-də Türkiyə Eyuder təhsil dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransın materialları kitab şəklində çap olunacaq.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi Nizami Gəncəvi və Yunis Əmrənin yaradıcılığının bədii-estetik və ideya-sənətkarlıq xüsusiyyətlərinin ümumtürk və Şərq-müsəlman poeziyası kontekstində müəyyənləşdirməkdən ibarətdir.

Xatırladaq ki, konfransda Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim-tələbə heyəti, habelə orta məktəb şagirdləri iştirak edə bilərlər. Konfrans “Zoom” platformasında keçiriləcək. İştirakçıların e-mail ünvanına link göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.