ELM VƏ TƏHSİL


“Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı, 29 aprel, AZƏRTAC

Mayın 20-21-də Türkiyə Eyuder təhsil dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi Nizami Gəncəvi və Yunis Əmrənin yaradıcılığının bədii-estetik və ideya-sənətkarlıq xüsusiyyətlərinin ümumtürk və Şərq-müsəlman poeziyası kontekstində müəyyənləşdirməkdən ibarətdir.

Tezislər mayın 1-dək elektron formada qəbul olunacaq.

Konfransda Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim-tələbə heyəti, o cümlədən orta məktəb şagirdləri iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq. Konfransa göndərilən məruzə və tezislər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcək. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılmır. Konfrans “Zoom” platformasında keçiriləcək. İştirakçıların e-mail ünvanına link göndəriləcək.

Təşkilat Komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 50) 378 44 24, (+994 51) 325 76 96

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.