MƏDƏNİYYƏT


Nizami Gəncəvi yaradıcılığı Polşanın ədəbiyyat portallarında

Bakı, 21 dekabr, AZƏRTAC

Polşanın populyar “salon24.pl” və “ngo.pl” ədəbiyyat portalları Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar görkəmli nizamişünas-alim Rüstəm Əliyevin dahi Azərbaycan şairinin həyat və yaradıcılığından bəhs edən “Nizami Gəncəvi” monoqrafiyasından polyak dilinə tərcümə olunmuş hissələrin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əsərin polyak dilinə tərcümə müəllifi – polyak dili üzrə mütəxəssis İlahə Kərimovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası olan “salon24.pl” və “ngo.pl” portalları müntəzəm olaraq səhifələrində Jan Jak Russo, Mixail Lermontov, Stanislav Lem, Mixail Bulqakov kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.