MƏDƏNİYYƏT


Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda

Bakı, 21 iyun, AZƏRTAC

Ukrayna Milli Televiziya və Radio Şirkətinin “Kultura” radiosu dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda ukrain dilində nəşr olunmuş “Leyli və Məcnun” kitabı (ADTM) haqqında veriliş yayımlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, verilişdə şairin şəxsiyyəti və yaradıcılığı, ukrain dilinə tərcümə olunmuş “Leyli və Məcnun” poeması haqqında geniş məlumat verilib, Ukrayna mütəxəssislərinin Nizami yaradıcılığı ilə bağlı araşdırmalarından, məşhur ukraynalı şərqşünas alim Aqafangel Krımskinin “Nizami və onun müasirləri” adlı monoqrafiyasından söz açılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.