REGİONLAR


Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Gəncə, 1 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kapital Bankın birgə təşkilatçılığı ilə Gəncə şəhərində, Nizami Gəncəvi məqbərəsinin ətrafında ağacəkmə aksiyası təşkil olunub.

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Gəncə Şəhər İcra Hakimiyyəti və Kapital Bankın nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli jurnalistlərə müsahibəsində ölkəmizdə “Nizami Gəncəvi İli”nin elan olunmasının əhəmiyyətindən danışıb: “Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin yüksək zirvəsi kimi müstəsna əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. “Nizami Gəncəvi İli” çərçivəsində həm ölkə daxilində, həm də xaricdə geniş tədbirlər keçirilir. Bugünkü ağacəkmə aksiyası da onlardan biridir”.

Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Nizami Gəncəvi İli”nə öz töhfəsini verməkdə davam edir. “Nizami Gəncəvi İli” Dövlət Xidmətin tabeliyində fəaliyyət göstərən qoruqlarda, xüsusilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda geniş şəkildə qeyd olunur. Bu il, həmçinin Dövlət Xidməti tərəfindən Nizami Gəncəvi məqbərə kompleksinin də pasportu və mühafizə zonası hazırlanaraq təsdiq edilib.

Ağacəkmə aksiyasında dahi şair və mütəfəkkirin 880 illik yubileyi ilə əlaqədar 880 şam ağacı əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.