MƏDƏNİYYƏT
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumrespublika konfransı təşkil ediləcək
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycanda bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezidentinin müvafiq Sərəncamına əsasən, dekabrın 7-də “Art Garden” restoranında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil ediləcək konfrans çərçivəsində respublikamızın tanınmış nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab da təqdim olunacaq.