MƏDƏNİYYƏT


Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb

Madrid, 19 fevral, AZƏRTAC

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın İspaniyadakı Səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş xüsusi poçt markaları nəşr olunub.

AZƏRTAC xəbər verir ki, üzərində böyük söz ustadı Nizami Gəncəvinin təsvirini əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

Səfirlik tərəfindən bundan öncə də Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik, Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.

Nigar Cəfərli

AZƏRTACın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.