MƏDƏNİYYƏT


Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 16 iyun, AZƏRTAC

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib.

Azərbaycan Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki qalib - “Düşüncələr” adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və “İntikalun” (Ərəb dilindən tərcümədə "Keçid") adlı eskizin müəllifi Rusiyadan olan tekstil dizayneri Olqa Laşenko seçilib.

Qeyd edək ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edib. Müsabiqədə qalib olan müəlliflərin eskizləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq, həmçinin qaliblərə pul mükafatı veriləcək.

Müsabiqənin qaliblərindən biri xarici vətəndaş olduğundan onun xalça kəsimi mərasimində iştirakı üçün yol və mehmanxana xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.