MƏDƏNİYYƏT
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhər kitabxanası ilə birgə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş və Blaqoveşensk şəhərinin yaradılmasının 165 illiyi ilə əlaqədar onlayn tədbir təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə dünya ədəbiyyat xəzinəsinə böyük töhfələr vermiş Nizami Gəncəvinin, həmçinin M.P.Vaqifin, M.Ə.Sabirin, S.Vurğunun və başqa şairlərin şeirləri dinlənilib.
Şeirləri rus dilində Bakı şəhər 53 nömrəli tam orta məktəbin, 132 nömrəli məktəb kompleksin və İncəsənət Gimnaziyasının şagirdləri səsləndiriblər.
Tədbirdə bədii və kitab sərgiləri nümayiş olunub.
Layihənin iştirakçıları Bakı və Blaqoveşensk oxucuları olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]