MƏDƏNİYYƏT


Nizami Gəncəvinin 880 yubileyi ilə bağlı beynəlxalq esse müsabiqəsinin qalibləri elan olunub

Bakı, 29 dekabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami - bəşəriyyətin şairi” adlı beynəlxalq esse müsabiqəsinin nəticələri elan edilib.

İƏT-dən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd millətlər arasında mədəni əlaqələrin qurulmasına, gənclərin bir-birilərinin mədəniyyətini daha yaxından tanımasına, eləcə də Nizam irsinin İslam coğrafiyasında təbliğinə töhfə verməkdir.

Müsabiqənin şərtlərinə uyğun olaraq, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 10-a yaxın ölkədən 150-yə yaxın gənc iştirakçı ingilis dilində Nizami Gəncəvinin poetik və fəlsəfi yaradıcılığından bəhs edən esselər yazıb ekspert komissiyasına təqdim ediblər.

Ekspert komissiyasının müvafiq dəyərləndirmələrinə əsasən, birinci yeri Otabey Nərimanov (Özbəkistan), ikinci yeri Gülçöhrə Səidova (Özbəkistan), üçüncü Rizqi Citra Anuqerah (İndoneziya) yeri tutub, Pakistandan olan iki nəfər gənc isə həvəsləndirici mükafatlara layiq görülüblər. Həm finalçılar, həm də həvəsləndirici mükafat əldə edənlərə pul mükafatları veriləcək.

Qeyd olunub ki, İƏT Gənclər Forumu ARM-nin təşkilatçılığı və tərəfdaşlığı ilə dünyanın bir sıra başqa ölkələrində də Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı (Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, İndoneziya və s.) beynəlxalq tədbirlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.