MƏDƏNİYYƏT


Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Bakı,23 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qədər klassik və müasir dövr olmaqla 27 azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq türkiyəli oxuculara təqdim edilib.

Hazırda layihənin davamı olaraq Azərbaycan xalqının mədəni-mənəvi sərvəti hesab olunan Nizami Gəncəvi irsinin Türkiyədə tanıdılması və təbliği işi aparılır. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının ardınca “Xosrov və Şirin” poeması yüksək poliqrafik göstəricilərlə türk dilində nəşr olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 3 kitabın da nəşrinin tamamlanması və tanıtım məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.