MƏDƏNİYYƏT


Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə növbəti muğam konserti Malmö şəhərində baş tutub

Malmö, 20 dekabr, Rauf Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə növbədi muğam konserti Krallığın Malmö şəhərində baş tutub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Malmönun tarixi Babel konsert zalında keçirilən tədbirdə, Azərbaycan Respublikasının xalq artisti professor Mənsum İbrahimovun rəhbərliyi ilə xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov və Kamran Kərimovdan ibarət “Qarabağ” Muğam Qrupu çıxış edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə bu ölkədə keçirilən silsilə konsertlər haqqında məlumat verib. Nizami Gəncəvinin fəaliyyətinə toxunan səfir, onun dünyəvi dəyərləri özündə təcəssüm etdirən əsərlərinin dünyanın müxtəlif ölkələrinin yazıçıları və söz-sənət adamları üçün ilham mənbəyi olduğunu vurğulayıb. Zaur Əhmədov bildirib ki, bu tədbir məhz bu böyük şəxsin zəngin irsinin və Azərbaycan mədəniyyətinin İsveçdə tanıdılması məqsədini daşıyır.

Ardınca baş tutan konsertdə Azərbaycan milli muğam kompozisiyaları və Nizami Gəncəvinin şeirlərinə bəstələnən digər musiqi əsərləri səsləndirilib.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Malmö

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.