REGİONLAR


Nizami Gəncəvinin əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir

Zaqatala, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Şairin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi, müstəsna əhəmiyyətə malikdir. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Kəpənəkçi və Mosul kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə keçirilən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş videokonfransda səsləndirilib.

Tədbirdə dahi şairin həyat və yaradıcılığından, dünya ədəbiyyatı xəzinəsinə verdiyi sanballı töhfələrdən ətraflı söz açılıb.

Videokonfransda “Nizami Gəncəvinin yaradıcılığında rübai, qəzəl və qəsidələr”, “Nizami Gəncəvi məhəbbət şairidir”, “Nizami Gəncəvinin yaradıcılığında Vətən tərənnümü” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.