MƏDƏNİYYƏT
“Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı elmi konfrans keçiriləcək
Bakı, 3 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransı keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətşünasları, tədqiqatçıları və tələbələri məqalələri ilə “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransda iştirak etməyə dəvət edir.
Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 31-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]