MƏDƏNİYYƏT


“Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı elmi konfransa tezis qəbulu davam edir

Bakı, 16 fevral, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransa tezislərtin qəbulu davam edir.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətşünasları, tədqiqatçıları və tələbələri məqalələri ilə “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransda iştirak etməyə dəvət edir.

Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 31-dək resmqalereya@gmail.com  elektron ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.