SİYASƏT


Nizami I seçki dairəsindəki 35 məntəqənin 10-da səsvermənin gedişi canlı yayımlanır

Bakı, 23 dekabr, AZƏRTAC

24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının tərkibinə 31-i daimi olmaqla 35 seçki məntəqəsi daxildir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Bu da səsvermənin gedişini internet üzərindən canlı izləməyə imkan verir.

Bu barədə AZƏRTAC-a 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov məlumat verib. O qeyd edib ki, dairə üzrə 43 min 221 seçici qeydiyyata alınıb. Saat 12-yə olan məlumata görə, seçicilərin 7617 nəfəri, yəni 17,6 faizi seçkilərdə iştirak edib.

Müşahidələr də təsdiqləyirlər ki, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.