MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzində “Rusiya filmləri həftəsi”nin açılışı olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin və “YARAT” Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə təşkil edilmiş “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gecəni Əməkdar İncəsənət xadimi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev açıb. O bildirib ki, dalbadal beş ildir təşkil edilən “Azərbaycanda Rusiya filmləri həftəsi” iki ölkənin mədəni həyatında mühüm hadisədir. O vurğulayıb ki, Rusiya kinematoqrafı Azərbaycan tamaşaçısında böyük maraq doğurur. Bu tədbir ildən-ilə daha məzmunlu keçirilir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Rusiya filmləri həftəsi”nin uğur qazanacağına əmin olduğunu bildirərək, bu tədbiri iki ölkə arasında dostluq münasibətlərinin parlaq nümunəsi adlandırıb.

“Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin səmimi qəbula görə Bakı tamaşaçısına təşəkkür edərək deyib ki, Bakı dünyanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir. O qeyd edib ki, “Azərbaycanda Rusiya filmləri həftəsi” çərçivəsində Nizami Kino Mərkəzində 7 film, “YARAT” Müasir İncəsənət Mərkəzində üç film nümayiş etdiriləcək,

Sonra rejissor Anar Abbasovun “Döyüş” filmi nümayiş etdirilib. Film böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin tərkibinə tanınmış kinematoqrafçılar – “Tanklar” filminin rejissoru Kim Drujinin, “Damdabaca” filminin ssenari müəllifi və aktyoru Dmitri Bedarev, “Van Qoqlar” filminin rejissoru Sergey Livnev, “Əziz ata” filminin prodüseri Georgi Malkov daxildirlər. Adıçəkilən filmlər sonrakı günlərdə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.