MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “Sadəcə sən” türk filminin nümayişi başlayır VİDEO
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 3-dən etibarən Nizami Kino Mərkəzində “Sadəcə sən” filminin nümayişinə başlanılacaqdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, Türkiyə istehsalı olan bu film rejissor Hakan Yonat tərəfindən dram və romantik janrlarda çəkilmişdir.
Yeni ekran əsəri gözdən əlil Həzəlin və keçmiş boksçu Əlinin sevgi hekayəsinə həsr olunmuşdur. Qaranlığa məhkum olmuş, amma həyat eşqi ilə dolu olan gənc qız üçün Əlinin sevgisi bir ümiddir. Lakin Əlinin keçmiş həyatındakı qaranlıq məqamlar onların bilmədikləri bir gerçəyin ortaya çıxmasına səbəb olur.
Baş rollarda İbrahim Çelikkol və Belçim Bilgin çəkilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Kukla Teatrında növbəti xeyriyyə aksiyası
- 29.03.2024 [15:26]
Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub
- 29.03.2024 [15:02]
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 29.03.2024 [14:41]
“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb
- 29.03.2024 [12:11]
Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib
- 29.03.2024 [12:04]