MƏDƏNİYYƏT


Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib

Bakı, 12 dekabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edilib.

Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən “Əbədiyyət yolu” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək. Film, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında lentə alınıb. Ekran əsərinin rejissoru İqbal Məmmədəliyevdir. Film seansları 12:50 və 16: 40-da keçiriləcək.

Seanslara giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.