MƏDƏNİYYƏT


Nizami “Xəmsə”si musiqimizin ucalıq zirvəsi Qara Qarayevin yaradıcılığında

Bakı, 7 iyul, AZƏRTAC

Anadan olmasının 100 illiyini geniş şəkildə qeyd etdiyimiz böyük bəstəkarımız Qara Qarayevin sənət dünyası hər zaman musiqişünasların diqqət mərkəzində olub. Onun haqqında qələmə alınan hər bir yazı dünya şöhrətli bəstəkarı hər bir kəsin yaxından tanımasına hesablansa da, eyni zamanda, Qara Qarayevin sənət dünyasının əlçatmazlığından, bənzərsizliyindən xəbər verir. Elə bu səbəbdən də AZƏRTAC Bakı Dövlət Universitetinin professor Yeganə İsmayılovanın yazısını təqdim edir.

Qara Qarayev musiqimizin elə bir ucalıq zirvəsidir ki, ziyası illəri, qərinələri, əsrləri adlayır, gələcək nəsillərin də yoluna nur səpir. Milli iftixarımız olan görkəmli musiqiçi və ictimai xadim Qara Qarayev zəmanəmizin elə dahi bəstəkarlarından, parlaq simalarındandır ki, onun istedad və sənətkarlıq xüsusiyyətləri müasir dünya musiqi sənətinin inkişaf yolunu müəyyənləşdirir. O, Azərbaycan musiqisini elə inkişaf mərhələsinə yüksəldib ki, milli gerçəklik hüdudlarından çox-çox kənara çıxa bilib.

Prezident İlham Əliyevin 2017-ci il oktyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. TÜRKSOY-un qərarı ilə 2018-ci il “Qara Qarayev İli” elan olunub. Artıq bu çərçivədə böyük işlər görülməkdədir. 2018-ci il fevralın 14-də Ankarada TÜRKSOY-un iqamətgahında “Qara Qarayev İli”nin açılış mərasimi keçirilib. Açılış mərasimində TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, görkəmli bəstəkar, UNESCO-nun sülh artisti, Azərbaycanın Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov, Əməkdar İncəsənət Xadimi, Qazi Universitetinin müəllimi, professor Əflatun Nemətzadə və başqaları çıxış ediblər. Düsen Kaseinov görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışıb. O, “Qara Qarayev İli” çərçivəsində 2018-ci il ərzində TÜRKSOY-a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söyləyib.

XX əsr bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Qara Qarayev Azərbaycan mədəniyyətinə dünya şöhrəti gətirən musiqi xadimlərimizdən biridir. O, zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə bəşəriyyətin diqqət mərkəzində dayanmış şəxsiyyətlərdəndir. Böyük Üzeyir Hacıbəylidən dərs almış dünya şöhrətli bəstəkarın əsərləri dünya mədəniyyətinin incilərindən sayılır.

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.

Eyni zamanda, Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.

Qüdrətli bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Demək olar ki, Q.Qarayev bütün janrlarda eyni coşqunluqla çalışmış, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. Bəstəkarın geniş şöhrət qazanmış və musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına yazılmış musiqisi bunu bir daha təsdiq edir.

Bəstəkarın yaradıcılığı mövzu cəhətdən də çox zəngin və rəngarəngliyi ilə seçilir. Onu ən müxtəlif dövrün şair və yazıçılarının yaradıcılığı, xalq əfsanələri cəlb edirdi. Bura N.Gəncəvi, V.Şekspir, A.Puşkin, İ.Servantes, Ö.Xəyyam kimi dahi korifeylərin adları daxildir. İstər klassik Şərq, istər müasir məişət və istərsə də bir sıra dünya xalqlarının mövzularından bəstəkar eyni ilhamla və məharətlə istifadə edərək onları özünün təkrarolunmaz musiqisi ilə ölməzlik zirvəsinə qaldırmışdır.

Q.Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunan yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini tərənnüm edən baletləri həqiqi insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bəstəkarın baletləri Azərbaycan balet sənətinin inkişafında əhəmiyyətli və keyfiyyət etibarı ilə yeni bir mərhələ sayılır. Sənətkar öz əsərlərində rəqslərin əyləndirici ünsürlərə malik olması təsəvvürlərinə tamamilə üstün gəlmiş, realist musiqili — xoreoqrafik dram yaratmışdır.

Q.Qarayevin “Yeddi gözəl” baletində klassik irsə müraciət edilmişdir. O, keçmiş və qədim bir əfsanə vasitəsilə öz xalqının gözəl mənəvi xüsusiyyətlərini və azad surətdə sevib-sevilmək arzularını tərənnüm etmişsə, “İldırımlı yollarla” baletində müasir dövrün olduqca mühüm bir mövzusunu - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizə mövzusunu təcəssüm etdirmişdir.

1947-ci ildə dahi Azərbaycan şairi Nizaminin əsərləri əsasında yazdığı və elə həmin ildə SSRİ Dövlət mükafatına layiq görülmüş “Leyli vә Mәcnun" simfonik poeması Qara Qarayevә böyük şöhrət qazandırdı. Nizaminin insana sonsuz məhəbbətlə dolu fәlsәfi poeziyası Qara Qarayev üçün elә bir həqiqi әdәbi zәmin oldu ki, bәstәkar özünün ciddi səyi vә axtarışları nəticəsindә, eləcə də musiqili teatrın imkanları daxilində onu konkret tәləblərә uyğunlaşdıraraq bitkin kompozisiyalı dolğun balet әsәri ortaya qoydu. Orta әsr ehkamlarına, adәt-ənənələrinə qarşı qoyulmuş әbәdi məhəbbət mövzusu ümumilәşmiş psixoloji ruhlu musiqidә açılır. Qəhrəmanların narahat qəlb çırpıntıları, hisslәrinin gәrginliyi vә zәrif-ülvi duyğuları poemada xoşbәxtlik haqqında arzuların üzәrinә kabus kimi yayılmış qaranlıq mühitin rәmzi olan taleyin amansızlığı ilә qarşı-qarşıya qoyulmuşdur. Bu simfonik poema Qara Qarayev yaradıcılığının birinci onilliyindә toplanmış bütün gözәl keyfiyyәtlәri özündә cәmləşdirir. Burada bəstəkar dinləyiciləri ziddiyyәtli, kеşmәkәşli düşüncәlәr alәminә aparır: dәrin, düşündürücü, üsyankar və barışmaz fikirlәrini özünün son dərəcə parlaq, ecazkar musiqi lövhəlәri ilә canlandırır.

Yeni bir can verdin “Leyli-Məcnun”a

Ərsəyə gətirdin “Yeddi gözəl”i.

İstedad böyüklük verir inana,

Əlinin üstündə Tanrının əli. (M.Qacar)

“Leyli və Məcnun" azad məhəbbәti mәhv vә inkar edәn feodal-patriarxal dünyasının antihumanist tәbiәtinә qarşı sәnәtkarın etiraz sәsinә, himninə çevrilir. Poemanın mәğzindә qarşılaşdırılan әsas qütblәrin – xeyirlә şәrin, qәddarlıqla insansevәrliyin, köhnəliklә yeniliyin mübarizәsi, sonralar yazdığı, dünya şöhrətli hər iki mәşhur baletindә, “Vyetnam" süitasında, “Don Kixot” simfonik qravürlərində, üçüncü simfoniyasında da özünü parlaq təcəssümünü tapır.

Çox keçmədən Qara Qarayev yenidən dahi Nizami Gəncəvi yaradıcılığına müraciət edir. Bu dəfə yalnız bir poema deyil, məşhur “Xәmsə”dəki bütün poemalar librettonun ədəbi əsasını təşkil edir. Nizami süjetlәrinin motivlәrindәn sәrbәst istifadә olunmuş bu baletә yeni personajlar gәtirilmişdir. Baletin әsas qəhrəmanı xalqdır. Zülmə, әsarәtә qarşı mübarizә aparan əməkçi xalqın həyatı əsərdə dolğun boyalarla verilmişdir. Öz әxlaqi ideallarına, ideyalarına xәyanәt elәmәyәn gәnc Ayişәnin obrazında onun sәadәtә şiddətli meyli ifadə olunur. Aşıb-daşan melodiyaların sərbəst axını həm rəhmsizlik və istibdad üzərindә, hәm də parıltılı, ağılaparan әylәncәlәrin, başgicәllәndirәn mühitin amansızlığı üzәrindә qәləbə çalaraq, gözәl hisslər doğurur.

Bir anlığa “Yeddi gözəl” baletini dinləyək. Bu baletin mayasında, musiqi toxumasında çırpınan “çahargah” qanadlarına, pәrdәlәrinә diqqәt yetirək. “Çahargah”ın baletә qonmuş hamımıza mәlum xalları sanki yeni qüdrət, yeni әzəmət, yeni bir ahәnglә sәslәnir.

Bu baletdәki yeddi gözəlin rəqslәrinə baxanda adama elә gәlir ki, yeddi müxtәlif xalq ruhunun ifaçısı olan bu gözәllәr rәqs edərkən, bir-birinə bənzәmәyәn müxtәlif dillәrdә danışırlar. Sәnətin bu möcüzәsi haqqında yazmaq nə qədər asan olsa da, onu mis tellәrin, incә tar-kaman simlәrinin, nəfəslərin, zərblərin dilində yaratmaq, nota köçürmәk, sonra da onu sәslərə çevirmək bir o qәdәr çәtindir.

Qara Qarayevin musiqi dili ilә dediyi lakonik, tutumlu fikirləri duymaq, dәrindәn dәrk etmәk üçün hәm müasir dünya musiqi mәdәniyyәtinә, һәm dә bәstәkarın yaradıcılığına yaxından bәlәd olmaq lazımdır. Müasirləri onun haqqında yazırdı ki, Qara Qarayev tәbiәti etibarı ilә zәngin vә mürәkkәb adam idi: o, yaradıcılıqda da belәydi, hәyatda da. Ciddilik hәlә gәnclik illәrindәn onun fәrqlәndirici cәhәtlәrindәn idi. Hәr işә münasibәtdә, məşğələlərdə, maraq göstәrdiyi sahələrdə, dost tapmaqda, oxumaq üçün kitab seçmәkdə, fikir vә düşüncələrindә də belәydi...

Bəstəkarın musiqili səhnə əsərləri içərisində onun C.Hacıyevlə birlikdə yazdığı və milli opera sənətini zənginləşdirən “Vətən” operasını da xüsusi qeyd etmək lazımdır. Böyük vətənpərvərlik ruhu ilə yazılmış “Vətən” operası öz ideyası ilə bu günlərlə səsləşərək, vətənpərvərliyi tərənnüm edir, Azərbaycan gənclərinə vətənə böyük sədaqət hisslərini aşılayır. Heç təsadüfi deyil ki, 28 yaşlı sənətkar bu operaya görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan simfonik və kamera-instrumental musiqisinin inkişafında ən mühüm səhifələrdən biri Q.Qarayevin adı ilə bağlıdır. Onun bu janrda yazdığı əsərləri bütün dünyanı gəzərək ən müxtəlif ölkələrin simfonik orkestrləri tərəfindən ifa olunur. İllər boyu simfonik musiqinin müxtəlif janrları üzərində işləyən Q.Qarayev mühüm yaradıcılıq prinsiplərinə daim sadiq qalmışdır. Bəstəkar, simfoniya, poema və süitalarında muğamlardan, xalq mahnı və rəqslərindən, aşıq yaradıcılığından ustalıqla yararlanmışdır. Bununla yanaşı, rus, türk, ispan və başqa xalqların musiqisinin bir sıra xüsusiyyətlərindən istifadə etmişdir.

Bəstəkarın bütün yaradıcılığı boyu müraciət etdiyi və yalnız doğma xalqının poetik folklorunu deyil, həmçinin digər xalqların da lirik şeirlərini əhatə etdiyi vokal əsərləri onun yaradıcılıq qüdrəti və əzəmətini çox gözəl təcəssüm etdirir. Bəstəkarın romansları, mahnıları bu janrda yazılmış ən gözəl sənət nümunələridir.

Kinonu öz xarakteri etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Q.Qarayev, kino musiqisi üzərində də çox məhsuldar işləmiş, klassikaya çevrilən əsl sənətkarlıq nümunələri yaratmışdır. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan” və s. kinofilmlərə, “Nikbin faciə”, V.Şekspirin “Antonio və Kleopatra” dram tamaşalarına yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir.

Qara Qarayev 45 illik yaradıcılıq dövründә bütün musiqi janrlarında bir-birinin ardınca uğurlu hadisәyә çevrilmiş әsәrlәr yazmışdır. Onun yaradıcılıq xәritәsi son dәrәcә çoxcәhәtli vә özünәmәxsusluğu ilә sәciyyәlənir. Unudulmaz bәstәkarımızın musiqisindәki mövzu, süjet vә motivlәrin bu qәdәr müxtәlifliyi, rәngarәngliyi bir sәnәtkar kimi onun yaradıcılığının fәrdi keyfiyyәtlәri ilә izah olunur. Onun әsәrlәrindә orta әsr personajları bu günün qәhrәmanları ilә yanaşı durur, müasirliklә üzvi vәhdәtdә tәsvir olunur. Mәһz bu baxımdan, Qara Qarayev eyni sәnәtkarlıq mәharәti ilә Nizaminin, Şekspirin, Servantesin, Rostanın, Sәmәd Vurğunun, Vsevolod Vişnevskinin qәhrәmanlarını inandırıcı, sәmimi ifadә vasitәlәrinin kömәyi ilә tamaşaçı vә dinlәyicilәrinә sevdirә bilmişdir.

Fortepiano üçün “Sarskoye selo heykəli”, “Matəm prelüdü”, “Üçsəsli fuqa", “Sonatina”, “Azәrbaycan rapsodiyası", “Fortepiano vә simfonik orkestr üçün konsert”, “Sevinc poeması”, fortepiano vә sәs üçün “Altı Azәrbaycan xalq mahnısı işlәmәsi", “Ordenli Azәrbaycan” sәnәdli filminә musiqili xor, simfonik orkestr kollektivi üçün “Ürәk mahnısı" kantatası, simfonik orkestr üçün “Üç tәsnif”, simli kvartet üçün fuqa, xor üçün “Beşik nәğmәsi”... Bu əsәrlәr bәstәkarın mәharətli müşahidəçilik bacarığını, xalq yaradıcılığına, müasirliyə, məzmun və forma ahəngdarlığına nümunədir.

Üzeyir Hacıbәyli sәnәt aləminә yenicə qәdәm qoyanlarda xalq musiqisinә dә dәrin mәhәbbət aşılayırdı. Üzeyir Hacıbәyli ilə tanışlığı Q.Qarayevin yaradıcılıq inkişafının istiqamәtini hәmişәlik müәyyәnlәşdirdi. Hәmin illәrdә Qara Qarayev, Cevdәt Hacıyev vә Tofiq Quliyev kimi indi adları dillәr әzbәri olan Azәrbaycan bәstәkarları Azәrbaycan Dövlәt Konservatoriyasında oxuyur, Leopold Martseyeviç Rudolfdan polifoniya xәzinәsinin, bәstәkarlıq texnikasının sirlәrini öyrәnirdilәr. Onların üçü dә milli iftixarımız, unudulmaz Üzeyir Hacıbәylinin tәkidi ilә Moskva Dövlәt Konservatoriyasına daxil oldu.

Burada Qara Qarayevin “Vokal sənətinin müstəsna ustası, Azərbaycan musiqi folklorunun böyük bilicisi” adlandırdığı Bülbülün әvәzsiz rolu olmuşdur. Belәliklә, görkəmli Azərbaycan bәstәkarı Qara Qarayevin bir sәnәtkar kimi püxtəlәşməsindә nәinki Üzeyir Hacıbәyli, Bülbül, elәcә dә xalq musiqi ifaçılarının, ustad aşıqlarımızın böyük rolu olub. Qara Qarayev әbәs yerә demәyib ki, “Bәxtim onda gәtirmişdi ki, mәn... Üzeyir Hacıbәylinin sinfindә oxumuşdum. Öz yetirmәlərinin hәr birinә xüsusi hәssaslıqla yanaşmağı gözəl bacaran bu istedadlı pedaqoq, mahir psixoloq, böyük insanın sinfindә bizlәrdәn çoxumuz ürәyə yatan lirik xalq mahnılarının, muğamın cilalanmış quruluşu arxasında aydın bir sistem, estetik bir qayda-qanunla bərabər, mәntiqi bir ardıcıllığın, nizamın olduğunu öyrәnmişik. Elә o zamanlar Üzeyir Hacıbәylinin yaradıcılıq tәcrübәsi, müəllimimizin dərin vә müdrik fikirlәrinin təsiri ilә milli bәstәkarlıq məktәbinin qaynağı kimi folklorun tükənməz imkanlarının hüdudsuzluğu xüsusi bir qüvvә ilә qarşımızda açıldı”.

Bəstəkarın yaradıcılıq fəaliyyətinin formalaşmasında onun Moskva Konservatoriyasında, xüsusilə Dmitri Şostakoviçin sinfindә tәhsil illәrinin müstəsna əhəmiyyəti olub. Qara Qarayev o vaxt yazırdı: “Mənim bәdii ideallarımın müәyyәnləşmәsi onun adı ilә bağlıdır. Böyük ustadın şәxsiyyәtindәki mәftunedici, özünәmәxsus insani vә bәdii “cazibәsi” mәni tezliklə, lap tezliklә, әgər belә demәk mümkünsә, dәyişdirdi... Bir cәhәt qәti surәtdә rәdd edilirdi: dәrin fikirdәn mәhrum, zәif әsәrlәr quraşdırmaq, şablonçuluq, başqalarının musiqi zövqünә uyğunlaşmaq vә təqlidçilik! Bir cəһət isə xüsusilə aşılanırdı: vәtәndaşlıq һissi, özünlə “ümuminin” ayrılmazlığı, üzvi vәhdәti!..”

Moskva təhsilini müvəffəqiyyətlə başa vuran Qara Qarayevin həyat baxışında və ümumiyyətlə, dünyagörüşündə dəyişiklik, bəstəkarlıq texnikasına mükəmməl bələd olması tezliklə üzə çıxdı. Onun hələ təhsil illərində yazdığı birinci və ikinci simfoniyaları, Cövdət Hacıyevlə birgə yazdığı “Vәtәn” operası, fortepiano üçün sonatinası və başqa әsәrlәri Üzeyir Hacıbәylinin Qara Qarayevə verdiyi yüksək qiyməti bir daha təsdiqlədi. Hәlə o illərdə Qara Qarayev sovet musiqi mədәniyyәtinә böyük imkanlara malik, yetkin bir istedadın gәlişindәn xәbәr verirdi. Otuzuncu illәrdә onun estetik aləmi daha da zənginləşir, bədii maraq dairәsi genişlənir, bәstәkarda bәnzәrsiz, özünəməxsus üslubi cəhәtlәr formalaşır. Öz sәnәtinә ciddi yanaşan, yaradıcılıq prosesinә fәal müdaxilə edən, onun һər cür әzabına, çәtinliyinә qatlaşan, çәkdiyi zәһmәtdәn һeç vaxt tam mәnası ilә razı qalmayan sənətkar özünə tәlәbkarlığı ilә adamı heyrətə salırdı. Onun bu enerjisinə, işgüzarlıq və eһtirasla, yorulmaq bilmәdәn işlәmәsinә һamı һәsәd aparır, qibtə edirdi.

Qara Qarayev ikinci simfoniyasını 1946-cı ildә konservatoriyada oxuyarkən tamamladı. Simfoniyadakı aydın musiqi dili, orijinal yaradıcılıq axtarışları, sәnәt incilərinə xas olan əlvan boyalar bәstәkarın gәlәcәk әsәrlәrinin müvәffәqiyyәti barәdә çox şey vәd edirdi.

Qara Qarayev Bakıya yetkin sәnәtkar kimi qayıtdı. Üslubunun durmadan, fasilәsiz inkişafını tәmin edәn vә vətəndaşlıq qayәsi, “özü” ilә “ümumi” arasında qırılmaz əlaqə, üzvi vәһdət bəstәkarın әsas yaradıcılıq prinsipinә çevrildi. Qırxıncı illәrdə onun yaratdığı aşıqvari-pastoral musiqisinin obraz-intonasiya quruluşunda, tәbiәti etibarı ilә motsartvari kompozisiyasında һəyatın müxtәlif cәһәtlərinin aһәngdar tәcəssümü aydın eşidilir. Daһa sonralar Puşkinin sözlərinә yazdığı “Mәn sizi sevirdim” vә “Gürcüstan tәpәlәrindә" adlı romanslarının musiqisində isə lirik obrazlılığının digər yeni cәһәtləri özünü göstərir.

Qara Qarayev daim axtarış sorağında olan, uca zirvələrə baş alıb gedən: təzə, keçilməmiş yollarla irəliləyən bəstəkar idi. Hər yeni əsərində yeni fikirlər vardır. Yenilik meyli onun yaradıcılığının ilk illәrindən başlamışdı. 1930-cu illәrdә - gәncliyindә yazdığı “Sarskoye selo һeykәli” adlı fortepiano pyesindən başlayaraq... O, yenilik ruһu ilә yoğrulmuş әsәrlәrini yazarkәn, hər cür yeniliklər- gәlәcәkdәn xәbәr verәn yeniliklәr һaqqında, әn başlıcası isә, yeni cәmiyyәt, yeni insan barәdə öz fikrini bəstәkar yalnız yeni forma, yeni intonasiya və ya yeni boyalarla ifadə edirdi.

Q.Qarayev istedadlı publisist kimi özünün musiqi-estetik görüşlərini də son dərəcə inandırıcı və sadə şəkildə ifadə edib. Müasir bəstəkarlıq yaradıcılığı üslubundakı tipik və xarakterik cəhətləri elmi dəlillərə əsaslanır. Bəstəkarın tutarlı fikirləri və uzaqgörənliyi, həmçinin Azərbaycan musiqisinə həsr olunmuş məruzə və məqalələrində də öz əksini tapmışdır.

Q.Qarayev yaradıcı kadrların tərbiyəsinə böyük əmək sərf edib. 1946-cı ildən etibarən Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfini aparan Q.Qarayev onlarca bəstəkar yetişdirib, bütöv bir musiqi-yaradıcılıq məktəbi yaradıb. Arif Məlikov, Vasif Adıgözəlov, Adil Bəbirov və başqaları onun ənənələrini davam etdiriblər.

İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan bəstəkarı Q.Qarayev musiqisinin zəngin xəzinəsi insanların ilham mənbəyi olaraq yaşayacaq. Onun özünə qarşı sonsuz tələbkarlığından doğan və bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Bizdən sonra gələcək nəsillər bu tükənməz xəzinədə özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.