ELM VƏ TƏHSİL


“Nizami dünyası və təsviri sənət” mövzusunda respublika konfransı keçiriləcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrası tərəfindən “Nizami dünyası və təsviri sənət” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Konfrans sənətşünaslıq, təsviri sənət, rəngkarlıq, qrafika, heykəltəraşlıq, kulturologiya, muzeyşünaslıq, bərpaçılıq, filologiya elmləri və jurnalistika sahələrini əhatə edir.

İştirak etmək istəyənlər məruzələrini noyabrın 15-dən gec olmayaraq Azərbaycan, rus və ya ingilis dillərində [email protected] ünvanına göndərilməlidir.

Onlayn konfransda iştirak və məqalənin jurnalda dərc olunması ödənişlidir. Konfransın materialları toplu şəkildə nəşr olunacaq və hər bir iştirakçıya təqdim ediləcək.

Əlaqə nömrəsi: +994 50 625 42 43

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.