MƏDƏNİYYƏT


“Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir keçirilib

Bakı, 23 dekabr, AZƏRTAC

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nizami və musiqi mövzusuna həsr olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami poeziyasının musiqi səltənəti” adlı tədbir-konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir incəsənət məktəbinin nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərlinin təşkilatçılığı və aparıcılığı ilə reallaşıb.

Tədbirdə filosof, mütəfəkkir, dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına nəzər salınıb, əsərlərinin obraz, məzmun dairəsi haqqında məlumat verilib, Şərq İntibahının yüksək zirvəsi olan Nizaminin idealları, humanist fəlsəfəsi haqqında söhbət açılıb. "Nizamidə musiqi və musiqidə Nizami" məzmununda məruzədə şairin yaradıcılığında təsvir olunan böyük musiqi mədəniyyətindən danışılıb, dövrün musiqi alətləri haqqında videoslayddan istifadə edərək məlumat verilib. Bundan başqa, Nizami irsinin bəstəkar yaradıcılığında təcəssümü mövzusunda şairin əsərləri əsasında yazılan, musiqi mədəniyyətimizi zənginləşdirən əsərlərdən danışılıb. Nizami irsinin miniatür, xalçaçılıq sənətinin inkişafına təsiri, dünya çapında araşdırılması, yaradılan beynəlxalq mərkəzlər haqqında məlumat da tədbirin əsas hissələrindən biri idi.

Tədbirdə məktəbin şagirdlərinin ifasında müxtəlif əsərlər səsləndirilib, həmçinin rəqs nömrələri təqdim olunub. Həmçinin Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı videoçarx və slaydlar göstərilib.

Məktəbin rəsm şöbəsinin müəllim Nigar Şıxəliyeva, Əli Ağadadaşovun şagirdləri tərəfindən tədbirdə Nizami mövzusunda rəsm sərgisi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.