İQTİSADİYYAT
Nizami rayonu Nəsimi küçəsinin bir hissəsi təmir olunub VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Nizami rayonu Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi “Azəravtoyol” ASC tərəfindən təmir olunub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, eni isə 15 metrdir.
Aparılmış təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 10 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılıb, 1250 poqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənib.
Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.