İDMAN


Nizami rayonu “Şahin” hərbi-idman oyununun qalibi olub

Bakı, 11 may, AZƏRTAC

“Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil edilən final oyunu təntənəli açılış mərasimi ilə başlayıb.

Yarış iştirakçılarının hərbi paradından və sıra düzülüşündən sonra gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini Elşad Əbilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Füzuli İsmayılov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Xüsusi təyinatlı hərbçilərin nümunəvi çıxışlarından sonra yarış iştirakçılarının mübarizəsinə start verilib. Zona yarışlarının qalibi olan 18 komandanın mübarizəsində qalib adını Nizami rayonu “Şahin”ləri qazanıblar. İkinci yeri Sumqayıt, üçüncü yeri isə Ordubad məktəbliləri tutublar.

Mayın 11-dən isə həmin məkanda “Cəsur kadet” sınaq günləri keçiriləcək.

Beş gün davam edəcək tədbirdə hər bir vətəndaş müxtəlif yaş qrupları və normativlər üzrə öz bacarıqlarını sınaya bilər.

Tədbir bütün əhali üçün açıq olacaq, iştirak üçün öncədən qeydiyyata ehtiyac yoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.