CƏMİYYƏT


Nizami rayonunda 2018-ci ilin birinci rübündə 1000-ə yaxın yeni iş yeri açılıb

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Nizami Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini yad ediblər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin möhtəşəm qələbəsi münasibətilə iclas iştirakçılarını təbrik edib. Bildirib ki, İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın dövlətimizin başçısına olan etimadının təzahürüdür.

A.Qasımov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikanın sosial-iqtisadi vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirə olunduğunu bildirib. A.Qasımov dövlət başçısının cari ilin birinci rübündə ölkəmizin uğurla inkişaf etdiyini, bir sıra layihələrin icra olunduğunu və müsbət dinamikanın ilin sonuna qədər saxlanılmasının və daha da artırılmasının vacibliyini vurğuladığını diqqətə çatdırıb.

Nizami Rayon İcra Hakimiyyəti başçının müavini İldırım Mehdiyev 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Bildirib ki, 2018-ci ilin birinci rübündə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 114,3 milyon manat dəyərində, yəni, ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çox sənaye məhsulu istehsal edilib. İstehsalın 32,1 faizi qeyri-dövlət sektoruna aiddir. O, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 42,6 milyon manat, yəni, ötən ilin müvafiq dövrünə nisbətən 3,2 dəfə çox, pərakəndə ticarət dövriyyəsinin həcminin 548,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 99,4 milyon manat olduğunu, rabitə sahəsində 91,8 milyon manat dəyərində, yəni, ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz çox, nəqliyyat sahəsində isə 24,6 milyon manat dəyərində xidmətlərin göstərildiyini, rayonda 985 yeni iş yeri açıldığını diqqətə çatdırıb.

Yığıncaqda çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov aprelin 11-nin müstəqil Azərbaycan dövlətinin və xalqımızın həyatında əlamətdar tarixi və siyasi hadisə kimi yadda qaldığını, ölkəmizdə demokratik seçki ənənəsinin formalaşdığını qeyd ediblər.

Natiqlər, həmçinin 2018-ci ilin birinci rübündə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.

Sonda icra başçısı Arif Qasımov 2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.