CƏMİYYƏT


Nizami rayonunda 280 nəfərə yardım paylanıb və 77 ahıla sosial xidmət göstərilib

Bakı, 28 mart, AZƏRTAC

Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 28-də də tənhalara, ahıl vətəndaşlara yardım paylayıb, onlara sosial xidmətlər göstəriblər.

YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, bir neçə gündür davam edən aksiya çərçivəsində Nizami rayonunda tənha yaşayan 280 ahıl sakinə yardım edilib, 77 nəfərə isə sosial xidmət göstərilib. YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olub, yaşlı insanların sifarişi əsasında gündəlik lazım olan ərzaq və tibbi vasitələri alıblar. Həmçinin karantinlə əlaqədar əlavə olaraq 25 ahıl da sosial xidmətə götürülüb. Lakin ümumilikdə bu qəbildən olan 320-dən çox rayon sakininə yardım paylanılması, sosial xidmət göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.