İQTİSADİYYAT


Nizami rayonunda Şirin Mirzəyev küçəsi təmir olunur

Bakı, 28 iyun, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsi əsaslı təmir edilir. Təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 12 metr təşkil edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib. Hazırda frezlənmiş əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpası, köhnə səki daşlarının yenilənməsi işləri davam edir.

Artıq küçənin 4500 kvadratmetr sahəsinə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 1200 kvadratmetr sahəsi asfaltlanıb, əraziyə 1600 poqonometr yeni səki daşları düzülüb. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə veriləcək.

Analoji təmir işləri hazırda Nizami rayonunda Yenikənd və Məmmədəli Şərifli küçələrində də aparılır.

Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5,5 kilometr təşkil edən 7 küçə təmir edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.