İDMAN


Nizami rayonunda YAP-ın 25 illiyi münasibətilə  kütləvi futbol yarışlarına start verilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Nizami Rayon Sosial-İctimai Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü ilə uşaqlar və yeniyetmələr arasında kütləvi futbol yarışlarına start verib.

YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, qurumun aparat rəhbəri Ramil Vəlibəyov partiyanın yaranma tarixindən, eləcə də 25 illik yubiley münasibətilə keçiriləcək tədbirlərdən danışıb. Qeyd edilib ki, YAP siyasi-ictimai və ideoloji işlərlə yanaşı, kütləvi idman tədbirlərinin keçirilməsi işinə də dəstək verir. Partiyamız gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişməsi və dövlət gənclər siyasətinə dəstək məqsədilə ənənəvi olaraq kütləvi idman yarışları təşkil edir.

AFFA rəsmisi, kütləvi futbolun əlaqələndiricisi, millinin keçmiş qapıçısı Cahangir Həsənzadə isə yarışın təşkili qaydaları barədə məlumat verib.

Sonra AFFA-nın nümayəndələri iştirakçıların suallarını cavablandırıblar.

Təxminən üç minədək uşaq və yeniyetməni əhatə edəcək yarışlarda peşəkar məşqçilərin, futbolçuların dəstəyi ilə futbol həvəskarları üçün ustad dərsləri təşkil olunacaq. Həmçinin yarışların final mərhələsində ayrı-ayrı klubların nümayəndələri, məşqçiləri də iştirak edəcəklər. Məqsəd həvəskar və istedadlı gənc futbolçuların üzə çıxarılmasıdır.

Seçmə mərhələlərdən sonra noyabrda yarışın finalı keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.