CƏMİYYƏT
Nizami rayonunda əhali icbari tibbi müayinədən keçirilir
Bakı, 17 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən, bütün respublika ərazisində olduğu kimi Nizami rayonunda da tibbi müayinə aylığı keçirilir.
Nizami rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində bu rayonda yaşayan vətəndaşlar 18 və 32 saylı Birləşmiş Şəhər Xəstəxanalarında, 26 saylı Şəhər poliklinikasında tibbin müxtəlif sahələri üzrə müayinələrdən keçəcək, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstərilir. Əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli tibbi müayinəyə cəlb olunmaları üçün lazımi tədbirlər görülür.
Ümumilikdə, rayon üzrə 18 yaşdan yuxarı 116940 nəfərin tibbi müayinədən keçməsi nəzərdə tutulub.
Aksiya mayın 15-dək davam edəcək.