CƏMİYYƏT


Nizami rayonunda ekoloji qanunvericiliyin tələblərini pozan paytaxt sakini cərimələnib

Bakı, 5 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə paytaxtın Nizami rayonu Bəhruz Nuriyev küçəsində yaşıllıq ərazinin hasara alınaraq tikinti aparılması ilə bağlı daxil olan şikayəti Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan Bakı şəhər sakini Nazil Qasımov tərəfindən ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkarlanıb.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən fiziki şəxs qismində 300 manat məbləğində cərimə olunub.

Hasara alınan ərazidəki iki sərv ağacının qorunub saxlanması və aqrotexniki qulluq göstərilməsi məqsədilə N.Qasımova icrası məcburi olan “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.