CƏMİYYƏT
Nizami rayonunda gizli fəaliyyət göstərən “Play station” zalı aşkarlanıb VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Nizami rayonunun “8-ci kilometr” qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “Play station” oyun zalı aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Bəhruz Niriyev 39/41 ünvanında yerləşən doqquzmərtəbəli binanın zirzəmisində “Play station” salonunun işlədiyi məlum olub. Obyektə baxış zamanı 12 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb. Onlar inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]