CƏMİYYƏT


Nizami rayonunda ofisin qarşısından avtomobil oğurlayan Neftçala rayon sakini yaxalanıb

Bakı, 12 may, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə B.Nuriyev küçəsində yerləşən ofislərin birindən 300 manat məbləğində pul, 600 manat dəyərində kameranın yaddaş bloku və açar oğurlanması, həmçinin ofisin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil G.Şıxlinski küçəsində tapılıb, bu əməlləri törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Fədail Qəniyev müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.