CƏMİYYƏT


Nizami rayonunda pulemyotu satmaq istəyən şəxs saxlanılıb VİDEO

Bakı, 10 mart, AZƏRTAC

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman bir “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir daraq və 24 patron aşkarlanıb. Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci polis şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün rayon polis idarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.