CƏMİYYƏT
Nizami rayonunda quldurluq edən şəxslər tutulublar
Bakı, 5 may, AZƏRTAC
Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Səfərov mayın 2-də B.Nuriyev küçəsində naməlum şəxslərin onu bıçaq və tapançaya bənzər əşya ilə hədələyib 1700 manat pul tələb etdiyini, vermədikdə isə 600 manat dəyərində mobil telefonunu aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən C.Musayev, F.Musayev, E.Məmmədov, X.Qocayev və əvvəllər məhkum olunmuş R.Sarızadə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.