SİYASƏT
Nizami rayonunda səhər saatlarından seçici aktivliyi hökm sürür
Bakı, 1 noyabr, Ramiz Quliyev, AZƏRTAC
24 saylı Nizami birinci seçki dairəsinin 14 saylı məntəqəsində səhər saatlarından seçici aktivliyi hökm sürür.
AZƏRTAC-a seçkilərin gedişi ilə bağlı məlumat verən məntəqə seçki komissiyasının sədri Sərhəd Məhərrəmov bildirib ki, məntəqə üzrə 1214 seçici var. Məntəqədə vebkamera quraşdırılıb. Səyyar qutularla bağlı heç bir müraciət olmayıb. Seçicilərin 30 faizini gənclər təşkil edir.
S. Məmmədov əlavə edib ki, hazırda seçkiləri müxtəlif partiyalardan 11, ABŞ, Qazaxıstan və AŞPA-dan 7 müşahidəçi izləyir.
Seçkiləri müşahidə edən iqtidar və müxalifət partiyalarının nümayəndələri seçki prosesinin beynəlxalq normalara uyğun keçirildiyini, insanların sərbəst şəkildə öz iradəsini ifadə etmələri üçün lazımi şəraitin yaradıldığını vurğulayıblar.