CƏMİYYƏT


Nizami rayonunda şəhid anaları ilə görüşlər keçirilib

Bakı, 8 mart, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Şəhidlər bizə əmanətdir” adlı aksiya təşkil edib.

Rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, aksiya Vətən müharibəsində yüksək şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə canından keçmiş şəhid analarına dəstək olmaq, onları daim dövlətin və YAP-ın diqqət mərkəzində olduqlarına əmin etmək məqsədi daşıyıb.

Şəhid anaları ilə görüşlər zamanı YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları qeyd ediblər ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş edib. Vətən torpaqlarının azadlığı naminə canını fəda edən şəhidlərimizin əziz xatirəsi əbədi yaşayacaq və daim uca tutulacaq.

Şəhid ailələri də öz növbələrində dövlət və partiya tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.