CƏMİYYƏT


Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb

Bakı, 9 aprel, AZƏRTAC

Tənhaların, ahılların, aztəminatlı ailələrin, əlillərin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin sosial və məişət problemlərinin həlli, sosial müdafiələrinin gücləndirilməsi və həyat səviyyələrinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir.

YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi, 65 yaşdan yuxarı insanlara evdən çıxmağın qadağan olunduğu bir dövrdə həmin kateqoriyadan olan insanların diqqətə daha çox ehtiyacı var. Onların ehtiyaclarının qismən ödənilməsi məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları və YAP Nizami rayon təşkilatının fəalları, könüllüləri 150 ailənin evində olub və onların problemlərini dinləyib, ərzaq yardımı göstəriblər.

Aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.