CƏMİYYƏT
Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 9-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Ramal Kazımovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səfərov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.