Nizami rayonunda yüksək bal toplamış abituriyentlər mükafatlandırılıb
AzerTAg.az
Bakı, 16 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən abituriyentlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, sədr müavini Ramin Əhmədov gənclərə təbriklərini çatdırıb, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıblar.
Bildirilib ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının məhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir.
Natiqlər aparılan islahatların kökündə insan amilinin dayandığını və bu kontekstdə güclü kadrlara tələbatın zərurətə çevrildiyini bildirib, gənclərə şəxsi həyatlarında və təhsildə uğurlar diləyiblər.
Görüşdə iştirak edən tələbələr də öz növbələrində Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və partiya rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonra yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edilib.








Xəbərin mətnində orfoqrafik səhv var