Nizami rayonundakı lombardda vətəndaşa qarşı quldurluq edən şəxs tutulub
AzerTAg.az
Bakı, 5 noyabr, AZƏRTAC
Nizami rayonunda quldurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 4-də saat 12:45-də Nizami rayonu ərazisindəki lombardların birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları orada tapançaya oxşar əşya ilə hədə-qorxu gəlib pul tələb etmiş naməlum şəxsi saxlayaraq 25-ci polis şöbəsinə təhvil verib.
Araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinən həmin şəxsin paytaxt sakini E.İsgəndərov və əlindəki tapançaya oxşar əşyanın isə alışqan tapança olması müəyyənləşdirilib.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin mətnində orfoqrafik səhv var