SİYASƏT


Nizami rayonunun gəncləri hərbi xidmətə yola salınıblar

Bakı, 3 oktyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, oktyabrın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Nizami Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami Rayon İdarəsinin birgə təşkilatçılığı ilə oktyabrın 3-də gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, hərbi xidmətə yola salınan gəncləri təbrik edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söhbət açaraq ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolunu vurğulayıb.

T.Budaqov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tərəfindən uğurla davam etdirdiyini bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami Rayon İdarəsinin rəisi Rövşən Babayev dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq Sərəncamının icrası ilə bağlı rayonda görülən işlərdən danışıb. Qeyd edilib ki, çağırış işinin mütəşəkkil təşkili üçün rayondakı bütün idarə və müəssisələrlə qarşılıqlı iş aparılır.

Çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyevə və Rasim Musabəyov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıblar.

Veteranlar və valideynlər də çağırışçılara uğurlar arzulayıblar.

Tədbir rayonun mədəniyyət kollektivlərinin bədii və konsert proqramı ilə davam etdirilib.

Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Sonda gənclər ordu sıralarına yola salınıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.