CƏMİYYƏT
Nizami və Xətai rayonlarında tapança və patronlar tapılıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və tapılması məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Keşlə qəsəbəsi ərazisində kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və müxtəlif çaplı 34 patron tapılıb.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində isə M.Hadi küçəsində “TT” markalı tapança və bir patron darağı aşkarlanıb.
Faktlarla bağlı təhqiqat davam etdirilir.