MƏDƏNİYYƏT


Nizami yaradıcılığına həsr olunmuş olimpiadanın II mərhələsi keçiriləcək

Bakı, 28 aprel, AZƏRTAC

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında Nizami yaradıcılığına həsr olunmuş rus dili və ədəbiyyat üzrə onlayn olimpiadanın II mərhələsi keçiriləcək.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqənin ilk mərhələsində ən yüksək bal toplayan 850-yə yaxın şagird II mərhələdə “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının timsalında multikulturalizm dəyərləri” mövzusunda 3 dəqiqəlik videogörüntü formatında esse hazırlayacaq.

Təqdim olunan esselər müəllifin mövqeyini əks etdirməsi, mövzuya uyğunluğu, bütövlüyü, ardıcıllığı, nitqin tutarlılığı və ifadəli olması meyarları üzrə qiymətləndiriləcək.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.